Yalan danışan uşağa necə davranmalıyıq?

Uşaqlar bəzən bu və ya digər səbəbdən yalan danışa bilirlər. Təbii ki, valideyn olaraq biz yalan danışılarkən bunu hiss edirik. Lakin hər zaman yalan danışan uşağa necə davranacağımızı bilmirik. Bununla bağlı sizə 6 tövsiyəmiz var:

1.Mükəmməlliyətçi olmayın: ailədə təzyiq görən uşaqlar dərsdə və ya idmanda hər hansı bir uğursuzluqlarının səbəbini açıqlamaq üçün yalana əl atırlar. Valideyn olaraq mükəmməlliyyətçi olmaqdan əl çəkdiyimiz zaman, onu uğur və ya uğursuzluğundan asılı olmayaraq sevdiyinizi bildirdikdə övladınızın da yalan danışmadığını görəcəksiz. .

2. Yalana sirdaş etməyin: uşağı heç vaxt öz yalanlarınıza ortaq etməyin. Məsələn: uşağa şokolad alıb, «bax səndən soruşsalar de ki yeməmisən haa…» kimi yanlış sirdaşlıq etmək onda yalan vərdişi yaradacaqdır. .

3. Polis kimi sorğuya çəkməyin: Hər hansı bir yalanını tutduqda dəqiqələrcə ona sual verməyin. Səbirli dinləyici olun və səmimiyyətlə ona nə hiss etdiyinizi deyin. .

4. Uşağı yalanına görə vurmayın: döymək əsla çarə deyil. Fiziki və sözlü şiddət görən uşaqlar özlərini təhlükəsizliyə almaq üçün səhvlərini yalan danışaraq örtmək istəyirlər. .

5. Güvənin : uşağın yalan danışma səbəbindən biri də valideynlərinin ona güvənməməsi ola bilər. Tez-tez yalanını tutmağa çalışmaq, «yalan deyirsən, inanmıram» demək uşağa özünü güvənilməyən insan kimi hiss etdirər. » Onsuzda mənə inanmırlar, yalan desəm də fərqi yoxdu…» düşüncəsinə qapıla bilər. Övladlarımıza güvəndiyimizi həm sözlərimiz , həm də hərəkətlərimizlə bildirməliyik. .

6. Özgüvən hissini artırın: özgüvən əskikliyi də yalan danışmağa səbəb olur. Uşağın həyatda uğur qazanması üçün edə bilmədiklərini üzünə vurub onu alçaltmaq yox, qabiliyyətli olduğu şeyləri qabardaraq BACARMAQ duyğusunu ona yaşatmaq lazımdır. Beləlik uşaq özünü ifadə etmək və etibar qazanmaq üçün yalana baş vurmayacaqdır. 

Yalan danışan uşağa necə davranmalıyıq?

Uşaqlar bəzən bu və ya digər səbəbdən yalan danışa bilirlər. Təbii ki, valideyn olaraq biz yalan danışılarkən bunu hiss edirik. Lakin hər zaman yalan danışan uşağa necə davranacağımızı bilmirik. Bununla bağlı 6 tövsiyəmiz var:

X