Bir ağacın kölgəsində

7-14 yaş

Səhifədə göstərilən kitablar 1–12 - 16

  • 0 out of 5

    Bir ağacın kölgəsində

    Aysel nə eşitdi?

     

    Aysel və Aytac üçün bu hekayə sadə bir müsahibə ilə başlayır: «Təbiət bizimlə danışır, ya yox?»

    Bu suala cavab axtararkən dostlar özləri də bilmədən təbiətin səssiz danışan nağılını yaratdılar.

     

    Bəlkə, bu suala sən də öz nağılında cavab tapacaqsan…

     

    Müəllif: Aytac Qəmbərova

    Səbətə at 6.00 AZN
    Quick View
  • 0 out of 5

    Bir kənd var uzaqda

    Heeyy! Necəsiniz, candaşlarım?
    Sizə başıma gələnləri danışsam, inanmazsınız, amma hamısı həqiqətən baş verdi. Həmin yay tətilində hamı istirahət mərkəzinə gedərkən mən nənəmgilin kəndinə getdim və hər şey cığırından çıxdı.
    Qulyabani, pari, sehrbaz, xortdan, ruh, Bermud üçbucağı, cəhənnəm adamları, qaçaq heyvanlar və daha nələr, nələr…
    Təsəvvür edə biləcəyiniz kimi, həqiqətən, qorxulu, hiper-macəralı və meqa-həyəcanlı əhvalatlarla qarşılaşmışam. Əlbəttə ki, nənəmin möhtəşəmliyi, inəklər, qoyunlar və bizim sevimli böyük ailəmiz.
    Kitabı tez oxuyun və görün, necə qəribə bir yay idi…

    Səbətə at 11.00 AZN
    Quick View
  • 0 out of 5

    Bir oyunun içindəyikmi?

    Yox, bu sadəcə bir oyun deyil. Bu, geri dönüşü olmayan macəradır…

    Səbətə at 8.00 AZN
    Quick View
  • 0 out of 5

    Bu necə super qəhrəmandır?

    Salam, candaşlar!

    Sizə super qəhrəmanları nə qədər sevdiyimi demişdim? Ya da belə deyim: Heç düşünmüsünüzmü ki, super qəhrəmanlar əslində bizim bildiyimizdən çox fərqlidirlər?

    Yazdığım bu çox gülməli və macəralı hekayələrdə başıma nələr gəldi nələr. Superqəhrəman uçanda yata bilər? Hörümçək adam o torları necə hörür? Yarasa adam niyə bu qədər zəngindir? Dəmir adam paslanmamaq üçün nə edir? Amma daha da önəmlisi: Əvvəl heç görmədiyim ən real super qəhrəmanları necə kəşf etdim?

    Haydı, candaşlarım, mənim əyləncəli super qəhrəmanlıq macəralarıma siz də qoşulun!

    Səbətə at 11.00 AZN
    Quick View
  • 0 out of 5

    Diqqət İcad çıxa bilər!

    Bu dəfə qəhrəmanımız Səssiz dostlarıyla bir-birini güldürmə oyunu oynayır. Bildiyi bütün lətifələri danışdıqdan sonra, uşaqları güldürmək üçün dostu Daşqının dişlərini ələ salır.
    Təbii ki, Daşqın çox üzülür və Səssizdən küsür. Onunla barışmaq üçün Səssiz Zaman maşını icad etməyə qərar verir. Bu ərəfədə daha əvvəl etdiyi icadlardan da bizə danışır.
    Anaların ən çox ehtiyacı olan «pərdə asmaq maşını» , «paxlava xəmiri yaymaq üçün icad», «tozları silmək üçün icad» və daha bir çox ixtiralar…
    Bu icadları edərkən Səssiz çoox gülməli hadisələr yaşayır. Sonda isə Daşqınla barışmaq üçün ondan yalnız üzr istəməyin kifayət olduğunu anlayır.

     

    xxx

     

    ISBN 978-9952-8391-2-8

    Müəllif: Melih Tuğtağ

    Tərcümə: Fatimə Alxaz

    Bərk cild.  176 səh.

    Səbətə at 11.00 AZN
    Quick View
  • 0 out of 5

    Ensiklopediya

    Niyə pişiklər çimməyi sevmir? Niyə «alo» deyirik? Niyə kosmos qaranlıqdır? Hörümçək niyə tor hörür?

    Ətrafımızdakı aləm suallarla doludur. Təbiətdən kosmosa, insan bədənindən gündəlik həyata qədər müxtəlif mövzular bu kitabda sadə və aydın şəkildə izah olunur.

    Əgər sən də hər şeylə maraqlanırsansa, bu ensiklopediya məhz sənin üçündür.

     

    Müəllif: Fatimə Alxaz

    Bərk cild. 80 səhifə

    Səbətə at 12.00 AZN
    Quick View
  • 0 out of 5

    Kiçik karandaş

    Bu hekayənin qəhrəmanı kiçik karandaşdır. Karandaşın rəssam əmi ilə birlikdə həyəcanlı hekayələri boyamaqdan çox xoşu gəlirdi. Amma bir gün rəssam rəsm çəkərkən ondan istifadə etmir. Kiçik karandaş bir də görür ki, artıq çoxlu balaca karandaşların qoyulduğu qutudadır. Orada gözləyir, gözləyir, gözləyir… Görəsən, kiçik karandaş nə vaxta qədər bir qutuda qalacaq?

    Səbətə at 7.00 AZN
    Quick View
  • 0 out of 5

    Kraliçanın xilası

    Riyaziyyat ilə arası yaxşı olmayan Aleks yolda tapdığı qəribə karandaşın riyazi məsələləri həll etdiyini kəşf edir. O, karandaşın köməyi ilə imtahanlarda uğur qazanır. Elə bu vaxt kitabxanasında da sehrli kitab aşkar edir. Bu kitab onu və yaxın dostlarını rəqəmlər aləmində təhlükəli və qeyri-adi macəraya sürükləyir. Zalım kral tərəfindən əsir götürülən Zümrüd kraliçanı xilas etmək üçün üç dost 400 məsələ həll etməlidir. Lakin necə?

    Səbətə at 5.50 AZN
    Quick View
  • 0 out of 5

    Lalənin qəribə ev tapşırığı

    Xəyal qurmağı sevən uşaqlar üçün

    Səbətə at 6.00 AZN
    Quick View
  • 0 out of 5

    Macəra keçidi — Agent X

    Super güclərə sahib olan bir agentsən. Dünyanı qan gölünə çevirmək istəyən terroristlərə qarşı mübarizə aparmalısan. Dünyadakı bütün terror təşkilatları birləşib. Hamısı bir liderin komandası ilə tək mərkəzdən idarə olunur. Ən böyük silahları isə qeyri-adi texnologiyalarla təchiz edilmiş agentləridir.

     

    Bu kitabda 10 fərqli son var. Bəziləri uğurlu, bəziləri uğursuz… Bu terror təşkilatını məhv edərək həyatını uğurlu, məşhur və zəngin biri kimi yaşaya bilərsən. Ya da tələyə düşərək hər şeyi itirəcəksən. Bunu romanı oxuyarkən verəcəyin qərarlar müəyyən edəcək.

     

    Səbətə at 10.00 AZN
    Quick View
  • 0 out of 5

    Oxu, düşün, anla

    7-12 yaşlı tipik inkişaf göstərən və disleksiyalı uşaqlarda koqnitiv bacarıqları inkişaf etdirən əyləncəli tapşırıqlardan ibarət vasaitdir. İçərisində 860-dan çox xüsusi hazırlanmış inkişafetdirici tapşırıq var.

    Səbətə at 16.50 AZN
    Quick View
  • 0 out of 5

    Oxucu gündəliyi

    Bu gündəlik sənə məxsusdur.

    Səbətə at 4.00 AZN
    Quick View
X