Naşirlərin Libraff mağazalar şəbəkəsində görüşü
İlk dəfə ölkənin kitab naşirləri olaraq bir masa arxasında toplaşdıq. Problemləri, çətinlikləri və bundan çıxış yolunu müzakirə etdik. Sadəcə müzakirələrlə qalmayıb konkret addımlar atmaq üçün qərarlar aldıq. Bu təşəbbüsü göstərən isə Libraff mağazalar şəbəkəsinin direktoru
Cəlalə Nəzəroğlu və əməkdaşları idi. Kolleqalarla həmrəy olmaq Azərbaycan kitab mədəniyyəti, oxucusu və daha gözəl işlər üçün çox önəmlidir.