Bir kənd var uzaqda

11-16 yaş

10 kitab yüklənib

  • 0 out of 5

    Bir kənd var uzaqda

    Heeyy! Necəsiniz, candaşlarım?
    Sizə başıma gələnləri danışsam, inanmazsınız, amma hamısı həqiqətən baş verdi. Həmin yay tətilində hamı istirahət mərkəzinə gedərkən mən nənəmgilin kəndinə getdim və hər şey cığırından çıxdı.
    Qulyabani, pari, sehrbaz, xortdan, ruh, Bermud üçbucağı, cəhənnəm adamları, qaçaq heyvanlar və daha nələr, nələr…
    Təsəvvür edə biləcəyiniz kimi, həqiqətən, qorxulu, hiper-macəralı və meqa-həyəcanlı əhvalatlarla qarşılaşmışam. Əlbəttə ki, nənəmin möhtəşəmliyi, inəklər, qoyunlar və bizim sevimli böyük ailəmiz.
    Kitabı tez oxuyun və görün, necə qəribə bir yay idi…

    Səbətə at 11.00 AZN
    Quick View
  • 0 out of 5

    Bir oyunun içindəyikmi?

    Yox, bu sadəcə bir oyun deyil. Bu, geri dönüşü olmayan macəradır…

    Səbətə at 8.00 AZN
    Quick View
  • 0 out of 5

    Bu necə super qəhrəmandır?

    Salam, candaşlar!

    Sizə super qəhrəmanları nə qədər sevdiyimi demişdim? Ya da belə deyim: Heç düşünmüsünüzmü ki, super qəhrəmanlar əslində bizim bildiyimizdən çox fərqlidirlər?

    Yazdığım bu çox gülməli və macəralı hekayələrdə başıma nələr gəldi nələr. Superqəhrəman uçanda yata bilər? Hörümçək adam o torları necə hörür? Yarasa adam niyə bu qədər zəngindir? Dəmir adam paslanmamaq üçün nə edir? Amma daha da önəmlisi: Əvvəl heç görmədiyim ən real super qəhrəmanları necə kəşf etdim?

    Haydı, candaşlarım, mənim əyləncəli super qəhrəmanlıq macəralarıma siz də qoşulun!

    Səbətə at 11.00 AZN
    Quick View
  • 0 out of 5

    Cığır açan qadınlar

    Onlar Şərq dünyasının qadınlarıdır. Müdir, pilot, sərkərdə, rəssam, tədqiqatçı, riyaziyyatçı, jurnalist, yazıçı, astronom, həkim, tərcüməçi, hərbçi, şair, sahibkar, komandir…

     

    Onların üzləşdiyi çətinliklərlə bir də qarşılaşmışıq! Ancaq onlar bütün maneələri aşıb uğur qazandılar! Qəlibləri qırıb cığır açdılar! Bəziləri hələ də yaşayır, bəzilərinin cəsarət dolu hekayəsi isə illərdir qadınlara motivasiya verir, onları baryerləri sındırıb yeni addımlar atmağa təşviq edir.

    Bilirəm ki, dünyada hamıya eyni şərait yaradılmır. Bilirəm ki, dünyada qadın və uşaq hüquqları ilə bağlı çatışmazlıqlar var. Bilirəm ki, müxtəlif sahələrdə — elmdə, incəsənətdə, texnologiyada qadınlar həmişə ikinci plana atılır. Bilirəm ki, müsəlman qadınlar həm dünyada, həm də öz ölkələrində «Müsəlman qadın uğur qazana bilər ki?!» qərəzi ilə mübarizə aparırlar», — deyən Xədicə Özdəmir Tülün 25 qadının ilhamverici hekayəsini özlərinə örnək axtaran bütün qadınlara təqdim edir.

     

    «Bütün qadınların hekayələri bir-birinə bənzəyir.»

    Səbətə at 12.00 AZN
    Quick View
  • 0 out of 5

    Diqqət İcad çıxa bilər!

    Bu dəfə qəhrəmanımız Səssiz dostlarıyla bir-birini güldürmə oyunu oynayır. Bildiyi bütün lətifələri danışdıqdan sonra, uşaqları güldürmək üçün dostu Daşqının dişlərini ələ salır.
    Təbii ki, Daşqın çox üzülür və Səssizdən küsür. Onunla barışmaq üçün Səssiz Zaman maşını icad etməyə qərar verir. Bu ərəfədə daha əvvəl etdiyi icadlardan da bizə danışır.
    Anaların ən çox ehtiyacı olan «pərdə asmaq maşını» , «paxlava xəmiri yaymaq üçün icad», «tozları silmək üçün icad» və daha bir çox ixtiralar…
    Bu icadları edərkən Səssiz çoox gülməli hadisələr yaşayır. Sonda isə Daşqınla barışmaq üçün ondan yalnız üzr istəməyin kifayət olduğunu anlayır.

     

    xxx

     

    ISBN 978-9952-8391-2-8

    Müəllif: Melih Tuğtağ

    Tərcümə: Fatimə Alxaz

    Bərk cild.  176 səh.

    Səbətə at 11.00 AZN
    Quick View
  • 0 out of 5

    Kiçik karandaş

    Bu hekayənin qəhrəmanı kiçik karandaşdır. Karandaşın rəssam əmi ilə birlikdə həyəcanlı hekayələri boyamaqdan çox xoşu gəlirdi. Amma bir gün rəssam rəsm çəkərkən ondan istifadə etmir. Kiçik karandaş bir də görür ki, artıq çoxlu balaca karandaşların qoyulduğu qutudadır. Orada gözləyir, gözləyir, gözləyir… Görəsən, kiçik karandaş nə vaxta qədər bir qutuda qalacaq?

    Səbətə at 7.00 AZN
    Quick View
  • 0 out of 5

    Kraliçanın xilası

    Riyaziyyat ilə arası yaxşı olmayan Aleks yolda tapdığı qəribə karandaşın riyazi məsələləri həll etdiyini kəşf edir. O, karandaşın köməyi ilə imtahanlarda uğur qazanır. Elə bu vaxt kitabxanasında da sehrli kitab aşkar edir. Bu kitab onu və yaxın dostlarını rəqəmlər aləmində təhlükəli və qeyri-adi macəraya sürükləyir. Zalım kral tərəfindən əsir götürülən Zümrüd kraliçanı xilas etmək üçün üç dost 400 məsələ həll etməlidir. Lakin necə?

    Səbətə at 5.50 AZN
    Quick View
  • 0 out of 5

    Oxucu gündəliyi

    Bu gündəlik sənə məxsusdur.

    Səbətə at 4.00 AZN
    Quick View
  • 0 out of 5

    Seçilmiş / Ya varsan, ya yoxsan

    Mərd Qorxusuz cinayətkar dəstələr tərəfindən idarə olunan, oksigenin belə pulla satıldığı, güclülərin zəifləri vəhşicəsinə əzib məhv etdiyi bir dünyada sağ qalmağa çalışır. O, mütləq bir çıxış yolu tapmalıdır! Anasının tənəffüs problemləri var, özünün isə oksigeni sürətlə tükənir. Hər şeyin bitdiyini düşündüyü bir anda min illərdir davam edən dünyalararası bir yarışma üçün seçilən Mərd Göbələk dünyasında çətin tapşırığın öhdəsindən gələ biləcəkmi? Yoxsa missiyasını başa vurmadan digərləri kimi qorxunc bir göbələyə çevriləcək? Dostum! Bu mübarizədə ya varsan, ya yoxsan! Tərəfini seç!

    Səbətə at 8.90 AZN
    Quick View
  • 0 out of 5

    Şirin — məhəllənin ruhu

    Şirin və dostları yeni salınan Əncirli malikanələrdə məhəllə ruhu yaratmaq üçün fərqli bir macəraya atılırlar. Təbii ki, özlərinə yaraşan şəkildə… Əvvəlcə kəşfiyyata çıxırlar. Sonra Əncirli malikanələrdə yaydıqları xəbərlərlə hamını bir-biri ilə tanış etməyə çalışırlar. Görəsən, uğur qazana biləcəklər? İşin axırı necə olacaq? Yayılan xəbərlər onların başına hansı işləri açacaq? Fotoşəkillər, reklamlar, yemək reseptləri, moda, müxtəlif məlumatlar… Şirin bu macərası ilə oxucuları əməllicə əyləndirməyə hazırlaşır.

    Səbətə at 8.00 AZN
    Quick View
X