Uşaqlar mütləq kitab oxumalıdır deyirik. Bəs kitab oxumaq niyə bu qədər vacibdir? Kitab oxumaq üçün səbəb çoxdur, gəlin bunlardan 9-na nəzər salaq:
1. Mütaliə uşaqların söz ehtiyatını artırır. Gün ərzində uşaqla ünsiyətdə olsaq da mövzular məhdud, kəlmələrimiz isə təkrarlanandır. Kitab oxumaq uşağın söz bazasını çoxaldaraq fərqli cümlələr qurmasına, özünü daha yaxşı ifadə etməsinə kömək edəcək.
2. Daha çox məlumat almağa, dünyagörüşünü artırmağa yardım edir. Uşaqlar maraqla oxuduğu kitablardan özləri də hiss etmədən çox şey öyrənmiş olurlar.
3. Kitab oxuyan uşaqlar başqa insanın emosional vəziyyətini, yaşantısını öz vəziyyəti kimi hiss etməyi, özünü onun yerinə qoymağı öyrənir
4. Ən faydalı əyləncə növüdür. Telefon ekranına passiv şəkildə baxmaqdansa, həyəcanlı bir kitab oxumaq daha əyləncəlidir.
5. Ailəiçi bağlanmanı artırır. Xüsusilə kiçikyaşlı uşaqlara valideyn kitab oxuyarkən ailə bağları daha möhkəm olur.
6. Beyin üçün ən yaxşı idmandır. Televizora baxmaq beyini passivləşdirir. Oxumaq üçün isə daha çox beyin gücü lazımdır.
7. Diqqəti yaxşılaşdırır. Tez-tez kitab oxumaq uşağın müəyyən müddət bir yerə diqqətini cəmləməsini təmin edir. Beləliklə diqqət tərbiyə edilir.
6. Məktəb və həyatda uğur qazanmasına kömək edər. Bu uğur sadəcə dərslərdə deyil, yaxşı həyat yoldaşı, faydalı vətəndaş, xeyirli övlad olmasında da özünü göstərəcəkdir.
9. Yaradıcılığı və xəyal gücünü artırır. Bir hekayə oxuyarkən uşaq xəyalən əvvəl görmədiyi yerləri görür, yeni insanlarla tanış olur, hadisələri təsəvvüründə canlandırır. Beləliklə inkişaf edən yaradıcılıq və xəyal gücü gələcəkdə görəcəyi işlərdə əks olunacaq.