Səhifədə göstərilən kitablar 13–16 - 16
-
Risayklzavr
Quick ViewMatti ev heyvanı kimi dinozavr bəsləməyi çox arzulayırdı. Amma bu, mümkünsüz idi. Yoxsa mümkündür?
Bir gün ağlasığmaz hadisə baş verir. Matti tezliklə nəhəng dinozavra çevriləcək balanı yemləməyə başlayır. Xoşbəxtlikdən, bu dinozavr plastik yeməyi çox sevir, bununla da böyük bir problemi həll edir.
İstedadlı yazıçı Anka Şvelgin sevimli Risayklzavrı ilə ətraf mühitin mühafizəsi mövzusuna rəngarənglik qatır. Yaşından asılı olmayaraq bütün dinozavr fanatlarını bu düşüncə təcrübəsində iştirak etməyə dəvət edir.
-
Sehrli xallar
Quick ViewBu kitab uşaqları düşünməyə təşviq edərək onların xəyal gücünü inkişaf etdirir. Uşaqlara problemi həll etmək, komanda işi və yardımlaşmaq kimi dəyərləri qazandırır. Eyni zamanda heyvanlar haqqında məlumat verərək onların yaşadığı məkanları öyrədir. «Sehrli xallar» valideynlərin uşaqlarla birgə maraqla oxuyacağı kitabdır.
Pedaqoq Ayşe Mine Kocaoğlu
-
Səssiz Sakitin səsli-küylü macəraları — 4 — Bu yeni uşaq kimdir?
Quick ViewE-e-ey-y, Candaşlarım!
Məni unutmamısınız ki? Mən Səssiz Sakit.
Dünyanın ən tənbəl macərapərəsti!
Bu dəfə məktəbimizə gələn yeni uşaq ucbatından müxtəlif hadisələr, qorxulu anlar yaşadım. Qızıl qızlar bu qədər şeyi haradan bilirlər? Yeni uşaq niyə qəribədir? Ondan niyə qorxdum? Yeni uşaq təhlükəli biridirmi? Yeni uşaq niyə ailəmi ələ keçirmək istəyirdi? Bəlkə, o, yadplanetlidir? Of-f-f, mən bu qədər sualın cavabını necə tapacağam? Bıy, unutdum e. Bu sualların cavablarını kitabın içində vermişəm. Elə isə oxuyub cavabını tapın görək, bu yeni uşaq kimdir?
Müəlliflər: Melih Tuğtağ, Çağrı Cebeci
Tərcüməçi: Fatimə Alxaz
-
Şirin — məhəllənin ruhu
Quick ViewŞirin və dostları yeni salınan Əncirli malikanələrdə məhəllə ruhu yaratmaq üçün fərqli bir macəraya atılırlar. Təbii ki, özlərinə yaraşan şəkildə… Əvvəlcə kəşfiyyata çıxırlar. Sonra Əncirli malikanələrdə yaydıqları xəbərlərlə hamını bir-biri ilə tanış etməyə çalışırlar. Görəsən, uğur qazana biləcəklər? İşin axırı necə olacaq? Yayılan xəbərlər onların başına hansı işləri açacaq? Fotoşəkillər, reklamlar, yemək reseptləri, moda, müxtəlif məlumatlar… Şirin bu macərası ilə oxucuları əməllicə əyləndirməyə hazırlaşır.



