Kitabı sevməyən uşaq yoxdur, doğru kitabla rastlaşmamış uşaq var.

İnternetin, telefonların və çeşidli cizgi filmlərinin olduğu yerdə uşaqların kitab oxumağa marağı təbii ki, azalır. 

Lakin uzun müddət ekrana baxmaq uşaqların xəyal qurmaq, təsəvvür etmək, məntiqi düşüncə qabiliyyətini, qavrama və yaddaşını məhv edir. 

Uşaqlara ekranı deyil, kitabı sevdirməkdə valideynlərin üzərinə böyük iş düşür.
Əvvəlcə bilməliyik ki, bizim bəyəndiyimiz hər kitabı uşaq bəyənməyə məcbur deyil. Bu seçimdə onun xarakteri və maraq dairəsi rol oynayır. Məsələn, yalnız Kosmos barədə oxumaq istəyir? Dəstəkləyin, bu mövzuda nə kitab tapsanız alın oxusun, təki oxuma şövqü sönməsin. 

Kitabı sevməyən uşaq yoxdur, doğru kitabla rastlaşmamış uşaq var. 

#Uşaq oxuduğu kitabda özündən bir parça görərsə, kitab onun maraqları ilə üst-üstə düşərsə, mütləq o kitabı sevəcək. Kitabın dili sadə, rəsmləri maraqlı, cümlələri axıcı, şrifti bir qədər iri olarsa, onu cəlb edəcək. 

Bu işdə təbii ki, nəşriyyatların da üzərinə böyük məsuliyyət düşür. 
Biz «Ağıllı bala» nəşriyyatı olaraq öz nəşrlərimizi məhz bu məsələlərə diqqət edərək hazırlayırıq.

Nəşr etdiyimiz #Səssizsakit seriyasının isə bir şüarı var: Uşaqlara kitab oxumağı sevdirən kitab!
Bu seriyanı bütün uşaqlara tövsiyə edirik. Çünki hər bir şagird Səssiz Sakitin səs-küylü macəralarında özündən bir parça tapacaq. 

 

X