«Bir kitab al, bir can qurtar!» aksiyası.

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində qan xərçəngindən əziyyət çəkən 2 yaşlı Zakir Quliyevin müalicəsinə dəstək üçün xeyriyyə satışı keçirildi. Həmin gün alıcılarımız da, satıcılarımız da məhz uşaqlar idi. Yardımlaşmanı, paylaşmanı, mərhəməti və kitabı eyni anda təbliğ edən bu aksiyaya göstərilən maraq görülməyə dəyər idi. Bütün iştirakçılarımıza dərin təşəkkürümüzü bildiririk.
X