«Ağıllı bala” uşaq nəşriyyatının rəhbəri: Fatimə Alxaz Yusifova
1982-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Suraxanı rayonu, 281 saylı orta məktəbdə alıb.
2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavr təhsili alıb.
Fəaliyyətinə “Ağllı bala” mənəvi-maarifləndirici uşaq jurnalı nəşr etməklə başlamış, daha sonra bir neçə nəşriyyatda redaktor kimi çalışmışdır. Lakin özünün şəxsi bir nəşriyyatının olması arzusu ilə 2018-ci ildə “Ağıllı bala nəşriyyatı”nı qurur. Balaca oxucular üçün maraqlı, faydalı, təmiz məzmunlu kitablar nəşr etmək ən böyük istəyidir.
Məktəbəqədər uşaqlar üçün “Əyləncəli məntiq”, “Əyləncəli əlifba”, “Əyləncəli riyaziyyat”, “Məntiq və riyaziyyat”, ibtidai siniflər üçün “Azərbaycan dili qaydaları”, “Riyaziyyat qaydaları”, “Azərbaycan dili çalışma kitabım”, “Atalar sözü hekayələrlə”, “Avtomobildə 30 oyun” və s. kitabların müəllifi, onlarla kitabın tərcüməçisi və redaktoru olmuşdur.
Fatimə Alxaz Yusifova Azərbaycanda Autizm mövzusunda yazılmış ilk uşaq hekayə kitabının müəllifidir. «Adını bilməyən oğlan» adlı bu kitab Azərbaycanda məhz uşaqlar üçün yazılmış ilk kitabdır.
Hazırda ADPU — da Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə ikinci ali təhsil alır.
Ailəlidir, üç övladı var.