Səhifədə göstərilən kitablar 1–12 - 20
-
Avtomobildə 30 oyun
Kitabda avtomobillə səyahət zamanı uşaqların darıxmaması üçün əyləncəli və öyrədici 30 oyun ideyası var. Bu kitabla uşaqlar artıq darıxmayacaq, hətta tıxaclarda da əylənəcəklər.müəllif Fatimə Yusifova -
Azərbaycan dili çalışma kitabı 1-ci sinif
Azərbaycan dili çalışma kitabı şagirdlərin keçilən dərsi daha yaxşı mənimsəməsi, qalıcı öyrənməsi üçün diqqətlə hazırlanıb.Kitab Təhsil Nazirliyinin təsdiq etdiyi ən yeni dərslik əsasında hazırlanıb. -
Azərbaycan dili çalışma kitabı 2-ci sinif
İkinci sinif şagirdləri üçün nəşr etdiyimiz Azərbaycan dili çalışma kitabı şagirdlərin sevərək işlədiyi kitablardandır.
Kitab məhz çalışmalardan ibarətdir. Çalışma işləmək şagirdlərin materialı qalıcı öyrənməsi üçün vacibdir.
Maraqlı, əyləncəli və fərqli tapşırıqlar uşaqları yormur, onlarda növbəti səhifədəki tapşırıqları işləməyə həvəs yaradır. -
Azərbaycan dili qaydaları
Kitabda Azərbaycan dili fənnindən 1-ci sinifdən 4-cü sinifə qədər lazım olan bütün faydalar toplanmışdır. Sadə izahlı, əyləncəli və rəngarəng şəkillərlə tərtib olunmuş bu kitab kiçikyaşlı məktəblinin ən yatın köməkçisi olacaqdır.
-
Diqqət İcad çıxa bilər!
Bu dəfə qəhrəmanımız Səssiz dostlarıyla bir-birini güldürmə oyunu oynayır. Bildiyi bütün lətifələri danışdıqdan sonra, uşaqları güldürmək üçün dostu Daşqının dişlərini ələ salır.
Təbii ki, Daşqın çox üzülür və Səssizdən küsür. Onunla barışmaq üçün Səssiz Zaman maşını icad etməyə qərar verir. Bu ərəfədə daha əvvəl etdiyi icadlardan da bizə danışır.
Anaların ən çox ehtiyacı olan «pərdə asmaq maşını» , «paxlava xəmiri yaymaq üçün icad», «tozları silmək üçün icad» və daha bir çox ixtiralar…
Bu icadları edərkən Səssiz çoox gülməli hadisələr yaşayır. Sonda isə Daşqınla barışmaq üçün ondan yalnız üzr istəməyin kifayət olduğunu anlayır.xxx
ISBN 978-9952-8391-2-8
Müəllif: Melih Tuğtağ
Tərcümə: Fatimə Alxaz
Bərk cild. 176 səh.
-
Əlifba
Kitab hərflərlə ilk tanışlıq üçün nəzərdə tutulub. Hər bir hərfə aid xüsusi rəsm, asan əzbərlənən qısa şeir, hərfin əlyazma və çap variantı verilib.müəllif Nazilə Rahibqızı -
Gizlədilmiş şəkillər
Kitabda hər səhifənin kənarında kiçik şəkillər verilib. Bu kiçik şəkillər böyük rəsmin içində gizlədilib. Uşaqlar məhz bu gizlədilmiş şəkilləri tapıb rəngləməlidirlər.
Bu tapşırıqlar uşaqlarda :- diqqət yayınıqlığının qarşısını alır
- yaddaş zəifliyini aradan qaldırır
- zəkanı inkişaf etdirir ️
- vaxtı effektli istifadəetmə bacarığını artırır,
- səbir duyğusunu inkişaf etdirir
-
Gizlədilmiş şəkillər
Bu kitab əsla adi bir boyama kitabı deyil. Burada uşaq səhifənin kənarında verilmiş obyektləri rəsmin içində tapmalıdır və tapdığı obyektləri boyamalıdır. Amma bunu tapmaq o qədər də asan iş deyil. Bu tapşırıqlar uşaqlarda :- diqqət yayınıqlığının qarşısını alır
- yaddaş zəifliyini aradan qaldırır
- zəkanı inkişaf etdirir ️
- vaxtı effektli istifadəetmə bacarığını artırır,
- səbir duyğusunu inkişaf etdirir
- təsəvvüretmə qabiliyyətini artırır,
- yaradıcı və çevik düşünməni inkişaf etdirir.
-
Həyat bilgisi 2-ci sinif
2-ci siniflər üçün Həyat bilgisi fənnindən tam fərqli, öyrədici testlər. Proqrama tam uyğun, maraqlı və fərqli testlər, krossvordlar, əyləncəli tapşırıqlar, hər mövzuya aid kiçik izahlar şagirdlərin yorulmadan, əylənərək öyrənməsini təmin edir. -
Həyat bilgisi testlər 3-cü sinif
3-cü siniflər üçün Həyat bilgisi testləri . Proqrama tam uyğun, maraqlı və fərqli testlər, krossvordlar, əyləncəli tapşırıqlar, hər mövzuya aid kiçik izahlar şagirdlərin yorulmadan, əylənərək öyrənməsini təmin edir. -
Macəra Keçidi Sübut Axtarışında
11-16 yaş uşaqlar üçün psixoloji dedektiv . Bu kitabın qəhrəmanı onu oxuyan uşaq özüdür. Macəra keçidi seriyasını indiyədək oxuduğunuz kitablar kimi oxumayacaqsınız! Çünki bu kitab oxucunun verdiyi qərarlara görə nəticələnir. Kitabda 14 fərqli son var. Macəranın hansı sonluqla bitəcəyi məhz onu oxuyan uşağın qərarlarından asılıdır. -
Qəribə bir qəzet!
Salam, candaşlar. Tapın görüm nə oldu? Nə olacaq, yenə tənbəllik etməyi planlaşdırırdım ki, başıma bir ton iş açdım. Bilirsiniz nə etməliydim? Tək başıma məktəbdə divar qəzeti çıxartmalı idim. Bahhh! Əslində, düzünü desəm, mənim üçün bəd xəbər olsa da, sizin üçün xoş xəbərdir. Çünki çox qəribə bir qəzet oldu e! Bu qəzetin içində dedektiv hekayələrdən dəb xəbərlərinə, əjdahadan tapmacalara, müsahibələrdən sirli hadisələrə qədər xeyli şey var. Daha nə olsun?
Qeyd: Mən bu qədər zəhmət çəkib yazdım, siz də alıb oxuyarsınız elə deyil? Supersiniz, candaşlarım!
xxx
Müəllif: Melih Tuğtağ
Tərcümə: Fatimə Alxaz
ISBN 978-9952-8391-3-5
Bərk cild. 176 səh.
Bakı-2021